...

Azərbaycan Daxili İşlər Nazirliyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Siyasət Materials 15 İyun 2010 14:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində çərşənbə axşamı Milli Qurtuluş Gününə, eləcə də 2010-cu tədris ilinin 1-ci toplanış ilkin hazırlıq kursunu tam bitirmiş dinləyicilərin andiçmə mərasiminə həsr olunmuş geniş təntənəli mərasim keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir M.Əliyev/

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində çərşənbə axşamı Milli Qurtuluş Gününə, eləcə də 2010-cu tədris ilinin 1-ci toplanış ilkin hazırlıq kursunu tam bitirmiş dinləyicilərin andiçmə mərasiminə həsr olunmuş geniş təntənəli mərasim keçirilib.

Məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev bu münasibətlə sıra meydanına düzülmüş şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə nazir müavininə raport verdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Məlumatı DİN-in mətbuat xidməti yayıb.

Təntənəli mərasimdə çıxış edən nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov mərasim iştirakçılarını DİN rəhbərliyi və şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından Milli Qurtuluş Günü və ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmələri, şərəfli "Polis Andı"nı qəbul etmələri münasibətilə təbrik edib, onlara seçdikləri çətin, lakin şərəfli peşədə uğurlar arzulayıb, xidmətləri boyunca ulu öndərin ideyalarına, Prezident İlham Əliyevin siyasətinə, Vətənə və xalqa sədaqətli olmalarını tövsiyə edib.

Azərbaycan polisinin peşəkar hazırlığının daha da təkmilləşməsi üçün 2010-cu ilin daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə "Peşə hazırlığı ili" elan olunduğunu diqqətə çatdıran nazir müavini Ələkbərov bu məqsədlə görülən işlərdən danışıb. O, ölkəmizin Avroatlantik məkana inteqrasiya etdiyi bir vaxtda təhsilin keyfiyyətinin artırlılmasının qabaqcıl məsələlərdən biri olduğunu, bu məqsədlə Avropanın bir sıra aparıcı dövlətlərinin analoji qurumları ilə daha sıx əlaqələr yaradıldığını vurğulayıb. Polis general-leytenantı Ələkbərov DİN-in bu istiqamətdə həyata keçirdiyi bütün tədbirlərdə əsas vəzifənin bacarıqlı, peşəkar, savadlı, insan-vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını təmin edən yüksək xidməti, döyüş və fiziki hazırlıqlı polis əməkdaşlarının yetişməsinə nail olunmasını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti