...

ABŞ səfirliyi Özbəkistan hökumətinin qaçqınları qəbul etmək səylərini dəstəkləyir

Siyasət Materials 16 İyun 2010 16:46 (UTC +04:00)
ABŞ-ın Özbəkistandakı səfirliyi Qırğızıstanın cənub vilayətlərində baş verən zorakılıq aktları ilə bağlı ciddi narahatlıq keçirdiyini bildirən bəyanat yayıb.
ABŞ səfirliyi Özbəkistan hökumətinin qaçqınları qəbul etmək səylərini dəstəkləyir

Özbəkistan, Daşkənd, 16 iyun /Trend, müxbir D.Əzizov/

ABŞ-ın Özbəkistandakı səfirliyi Qırğızıstanın cənub vilayətlərində baş verən zorakılıq aktları ilə bağlı ciddi narahatlıq keçirdiyini bildirən bəyanat yayıb.

"Biz Özbəkistan hökumətinin və xalqının Fərqanə vadisində sığınacaq axtaran qaçqınları qəbul etmək və yerləşdirmək səylərini bəyənirik və buna BMT və digər təşkilatlar vasitəsilə kömək etməyə hazırıq", - bəyanatda qeyd olunub.

Xəbər verildiyi kimi, iyunun 10-da Qırğızıstanın cənubunda toqquşmalar başlayıb. Ölkənin cənub paytaxtı adlandırılan Oş şəhərində qırğız və özbəklər arasında toqquşmalar baş verib. Respublikanın müvəqqəti hökuməti şəhərdə, Oş vilayətinin bəzi rayonlarında və Cəlalabad vilayətinin Cəlalabad və Suzak rayonlarında fövqəladə vəziyyət elan edib.

Toqquşmalarda ölənlərin sayı rəsmi məlumatlara görə 200 nəfəri ötüb.

Bu müddət ərzində Qırğızıstanın cənub vilayətindən olan 75 min etnik özbək Özbəkistan sərhədini keçiblər.

Özbəkistan hökuməti Əndican vilayətinin Qırğızıstanla həmsərhəd rayonlarında 30 düşərgə təşkil edərək qaçqınları yataq dəstləri, yemək və dərmanlarla təmin edib.

Xəbər lenti

Xəbər lenti