Tehran Universiteti yanında Qafqaz Araşdırmaları İnstitutu "Azərbaycanın regionda və onun xaricində rolu" mövzusunda konfrans təşkil edəcək. Bu barədə institutun rəsmi məlumatında deyilir.
Konfransın məqsədi Azərbaycan, İran və regionun digər ölkələrinin alimləri, analitikləri və siyasətçiləri arasında dialoqu gücləndirməkdən ibarətdir.
Konfrans sentyabrın 19-da Tehranda keçiriləcək.