...

Azərbaycan paytaxtında qəsdən adamöldürmədə təqsirli bilinən şəxslər tutulub

Siyasət Materials 16 İyun 2010 16:09 (UTC +04:00)
Baş Prokurorluğun internet saytının yaydığı məlumata görə, iyunun 15-də iki naməlum şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kommuna küçəsi, 1 saylı evdə yaşayan 39 yaşlı İlqar Şeydabəyovu öldürüb, arvadı Bikəxanım Şeydabəyovaya ağır xəsarət yetirib.
Azərbaycan paytaxtında qəsdən adamöldürmədə təqsirli bilinən şəxslər tutulub

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında qəsdən adamöldürmədə təqsirli bilinən şəxslər tutulub.

Baş Prokurorluğun internet saytının yaydığı məlumata görə, iyunun 15-də iki naməlum şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kommuna küçəsi, 1 saylı evdə yaşayan 39 yaşlı İlqar Şeydabəyovu öldürüb, arvadı Bikəxanım Şeydabəyovaya ağır xəsarət yetirib.

Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakinləri - 20 yaşlı Cəlilov Hatəm Əmirəli oğlu və 23 yaşlı Əliyev Xalid Umudəli oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq dindiriliblər.

Onların ifadələri hadisə yerində yoxlanılmaqla foto və videoçəkilişlər aparılıb, cinayətin aləti olan 2 ədəd bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 (qəsdən adamöldürmə) və 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

İstintaqın ilkin mərhələsində müəyyən edilib ki, Cəlilov və Əliyev 2009-cu ilin noyabr-dekabr aylarında mərhum Şeydabəyova məxsus evdə təmir-tikinti işləri aparıb və onlara ödənilməli olan 600 manat məbləğində pulu Şeydabəyovdan dəfələrlə tələb etsələr də, sonuncu onların tələblərinə əhəmiyyət verməyib.

Bu səbəbdən Cəlilov və Əliyev borc sahibini öldürmək qərarına gəliblər.

Xəbər lenti

Xəbər lenti