...

Beynəlxalq təşkilatlar Qırğızıstanda asayişin bərpa edilməsi üçün fəaliyyət planı hazırlayıblar

Siyasət Materials 16 İyun 2010 20:07 (UTC +04:00)
Avropa İttifaqı, BMT və ATƏT-in Qıtğızıstandakı xüsusi nümayəndələri təcili olaraq ictimai asayişin bərpası, milli barışığın əldə edilməsi, iqtisadi və sosial təzminatın verilməsi üzrə birgə fəaliyyət planı hazırlayıblar.
Beynəlxalq təşkilatlar Qırğızıstanda asayişin bərpa edilməsi üçün fəaliyyət planı hazırlayıblar

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqı, BMT və ATƏT-in Qıtğızıstandakı xüsusi nümayəndələri təcili olaraq ictimai asayişin bərpası, milli barışığın əldə edilməsi, iqtisadi və sosial təzminatın verilməsi üzrə birgə fəaliyyət planı hazırlayıblar. Bu barədə ATƏT-in Bişkək ofisinin məlumatında deyilir.

Xüsusi nümayəndələr Qırğızıstan xalqını dəstəklədiklərini bildirərək qeyd ediblər ki, milli birliyin qorunması və milli təhlükəsizliyin bərpa edilməsi ölkədəki vəziyyətin tənzimlənməsində birinci dərəcəli əhəmiyyət kəsb edir.

"Biz əminik ki, qırğız xalqına məxsus səbr və təmkin ölkəni sülhlə inkişafa qaytaracaq", - məlumatda vurğulanıb.

Xüsusi nümayəndələr Qırğızıstanın cənub rayonları - Oş və Cəlalabad əyalətlərinə humanitar dəhlizin açılmasını və humanitar yardımın ehtiyacı olanlar arasında ədalətlə bölüşdürülməsini təkid və tələb edirlər.

İyunun 11-nə keçən gecə Qırğızıstanın əhalisinə görə ikinci vilayət mərkəzi olan Oş şəhərində qırğız və özbəklər arasında toqquşmalar baş verib. Bu qarşıdurmalar son 20 ildə baş verən ən faciəvi toqquşmalardır.

Tezliklə iğtişaşlar qonşu Cəlalabad vilayətinə keçib. İğtişaş iştirakçıları maşınları yandıraraq mağaza, bazar, yaşayış evlərini talan ediblər. Küçələrdə soyğunçular özbaşınalıq ediblər.

Son rəsmi məlumatlara görə, 187 nəfər həlak olub, iki minə yaxın zərərçəkən var. Respublikanın cənubundakı toqquşmalar nəticəsində çoxlu sayda insan qaçqın düşüb.

Diplomatlar Qırğızıstan xalqının vəziyyətin tənzimlənməsinə, sülh və demokratiyaya qayıdış səylərini dəstəkləyirlər. Xüsusi nümayəndələr bütün maraqlı tərəfləri təmkin və barışığa çağırıblar.

Xəbər lenti

Xəbər lenti