Azərbaycanda səfərdə olan Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz və "Hürriyyət Daily News" qəzetinin baş redaktoru Devid Cadson Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən Celal Cem Oğuz və Devid Cadson Fəxri Xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı üzərinə gül dəstələri qoyublar.
Daha sonra isə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib.
Daha sonra isə Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, "Əbədi məşəl" abidəsi önünə gül dəstələri qoyulub.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.