...

Azərbaycan məhkəmələrində səlahiyyət müddəti bitmiş və namizədliyi irəli sürülən hakimlərin siyahısı müəyyənləşib (YENİLƏNİB)

Siyasət Materials 17 İyun 2010 14:35 (UTC +04:00)
Azərbaycan Milli Məclisi iyunun 22-də keçiriləcək növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin, ali və Bakı, Şirvan, Şəki, Sumqayıt, Gəncə apelyasiya məhkəmələrinin və Naxçıvan MR Ali Məhkəməsinin hakimlərinin təyinatına baxacaq.
Azərbaycan məhkəmələrində səlahiyyət müddəti bitmiş və namizədliyi irəli sürülən hakimlərin siyahısı müəyyənləşib (YENİLƏNİB)

RED.: əlavəsi: Hakimlərin tam siyahısı əlavə olunub

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Məclisi iyunun 22-də keçiriləcək növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin, ali və Bakı, Şirvan, Şəki, Sumqayıt, Gəncə apelyasiya məhkəmələrinin və Naxçıvan MR Ali Məhkəməsinin hakimlərinin təyinatına baxacaq.

Milli Məclisdən cümə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev yuxarıda qeyd olunan məhkəmələrə hakimliyə namizədlərlə bağlı təqdimat yollayıb.

Fikrət Babayev, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Sona Salmanova, Kamran Şəfiyev Konstitusiya Məhkəməsinin hakimliyinə təqdim olunublar.

Digər bir təqdimatla Şirvan Apelyasiya Məhkəməsinin hakimi İmran Hacıqayıbov, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Səadət Bəktaşi, Mehparə Əhmədova; Səbail Rayon Məhkəməsinin sədri Gülzar Rzayeva, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fərhad Kərimovun avqustun 28-dən; Naxçıvan MR Ali Məhkəməsinin hakimi Hafiz Nəsibovun sentyabrın 2-dən Ali Məhkəmənin hakimi təyin edilməsi qeyd olunub.

Naxçıvan MR Hərbi Məhkəməsinin hakimləri Vüqar QuliyevQabil Məmmədovun sentyabrın 2-dən Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin olunması Milli Məclisin müzakirəsinə verilib.

Prezidentin təqdimatı ilə Binəqədi Rayon Məhkəməsinin hakimi Natiq Abbasov; Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Əmir Bayramov; Nəsimi Rayon Məhkəməsinin hakimləri Kəmaləddin Bədəlov, Sevda Hüseynova, Xuraman Məhərrəmova; Xətai Rayon Məhkəməsinin hakimləri Toğrul Əliyev, Azad İmanov; Sabunçu Rayon Məhkəməsinin hakimi İlqar Hüseynov; Yasamal Rayon Məhkəməsinin hakimləri Raqib Qurbanov, Xəqani Məmmədov; Nizami Rayon Məhkəməsinin hakimləri Vidadi Məmmədov, Cahangir Yusifov; Nərimanov Rayon Məhkəməsinin hakimi Elşanə Vəliyeva; Suraxanı Rayon Məhkəməsinin hakimi Nurəddin Mustafayev avqustun 28-dən Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilirlər.

Xaçmaz Rayon Məhkəməsinin hakimi Məhərrəm Allahverdiyev; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Zəki Babayev; Quba Rayon Məhkəməsinin hakimi Etibar Camalov; Yardımlı Rayon Məhkəməsinin hakimi Amil Dosiyev; Sabirabad Rayon Məhkəməsinin hakimi İsmayıl Əhmədov; Masallı Rayon Məhkəməsinin hakimi Tofiq Heydərov; Salyan Rayon Məhkəməsinin hakimi Nüsrət Mirzəyev və Cəlilabad Rayon Məhkəməsinin hakimi Ələsgər Novruzov avqustun 28-dən Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin olunurlar.

Samux Rayon Məhkəməsinin hakimi Elşad Bayramov; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov; Qazax Rayon Məhkəməsinin hakimi Bədəl Əliyev; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şamil Rzaquliyev və Tovuz Rayon Məhkəməsinin hakimi Loğman Süleymanov avqustun 28-dən Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin olunurlar.

Şirvan Apelyasiya Məhkəməsinin hakimi Əhməd Əhmədov; Sumqayıt Hərbi Məhkəməsinin sədri Vidadi Cəfərov avqustun 28-dən Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin olunurlar.

Lənkəran Rayon Məhkəməsinin sədri Mübariz Əkbərov; Yevlax Rayon Məhkəməsinin hakimi Vidadi Qasımov; Şəki Rayon Məhkəməsinin hakimləri Elbrus Məmmədov, Hümbət Səlimov avqustun 28-dən Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin olunurlar.

Ali Məhkəmənin, Bakı, Sumqayıt, Gəncə, Şəki apelyasiya məhkəmələrinin səlahiyyət müddəti bitmiş bir qrup hakimi səlahiyyət müddəti bitdikləri gündən öz vəzifələrinə təsdiq olunurlar.

Məhkəmə-Hüquq Şurasının bir neçə gün əvvəl keçirilən iclasında səlahiyyət müddətləri başa çatan yuxarı instansiya və digər məhkəmə hakimlərinin fəaliyyəti qiymətləndirilib, ali və apelyasiya instansiyası məhkəmələri hakimlərinin tərkibi və vakant ştatların komplektləşdirilməsi məsələlərinə baxılıb; bu məhkəmələrə yüksək hazırlıqlı hakimlərin təyinatı barədə təkliflər verilib.

Xəbər lenti

Xəbər lenti