Gürcüstan, Tbilisi, 17 iyun /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycan vətəndaşları cərimə ödədikdən sonra Gürcüstan həbsxanasından azad ediliblər. Gürcüstan sərhəd polisinin Trend-ə verdiyi məlumata görə, Batumi məhkəməsi İradə Həsənova, Zamirə Abbasova və Aynur Qurbanova ilə prosessual razılaşma imzalayıb.
Nəzərdə tutulmuş müqavilə ilə Azərbaycan vətəndaşları hər birinə 4 min lari (1 dollar=1,88 lari) düşməklə cərimə ödəyiblər
Onlar mayın 29-da Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd göstərdiklərinə görə Acarıstanın Xelvaçauri rayonunun Çarnali kəndində saxlanılmışdılar. Onlar qrup halında sərhədi pozmağa cəhddə günahlandırılırdılar.