...

Aİ ilə Azərbaycan arasında rəsmi danışıqlar iyulun əvvəllərində keçiriləcək – nazir müavini

Siyasət Materials 18 İyun 2010 14:32 (UTC +04:00)
Aİ ilə Azərbaycan arasında rəsmi danışıqlar iyulun əvvəllərində Bakıda keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev cümə günü jurnalistlərə bildirib.
Aİ ilə Azərbaycan arasında rəsmi danışıqlar iyulun əvvəllərində keçiriləcək – nazir müavini

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir N.İsmayılova/

Aİ ilə Azərbaycan arasında rəsmi danışıqlar iyulun əvvəllərində Bakıda keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə, vizasız rejim də daxil olmaqla, bütün məsələlər üzrə danışıqlar prosesinə çoxdan hazırlaşmağa başlayıb.

"Dünən və bu gün Bakıda texniki seminar keçirilir və o, vətəndaşların sərbəst yerdəyişdirməsi məsələlərinə həsr olunub. Oraya viza rejiminin asanlaşdırılması məsələləri, eləcə də sərhədlərin mühafizəsi, miqrasiyanın, həmçinin, qeyri-leqal miqrasiyanın idarə olunması ilə bağlı məsələlər də daxildir. Tərəflər mövqelərini mübadilə edirlər. Bu, ilk ciddi addımdır və biz yaxın vaxtlarda bu məsələlər üzrə Aİ ilə danışıqlara başlamağı planlaşdırırıq", - nazir müavini bildirib.

Onun sözlərinə görə, danışıqlar 1 il və ya ilyarım davam edəcək. "Lakin bizim üçün başlıcası ondan ibarətdir ki, Aİ hesab edir ki, sərbəst yerdəyişmə sazişi readmissiya haqda sazişin imzalanması ilə müşayiət olunmalıdır", - Məmmədquliyev deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanın hələlik heç bir ölkə ilə readmissiya haqda sazişi yoxdur.

Xəbər lenti

Xəbər lenti