Gürcüstan, Tbilisi, 18 iyun /Trend, müxbir N.Kirsxaliya/
İtaliyada Avropa Xalq Partiyasının təşəbbüsü ilə iyunun 19-da Avropa İttifaqına üzv olan və quruma daxil olmayan ölkələrin hökumət nümayəndələrinin konfransı baş tutacaq. Konfransın işində Gürcüstan Baş nazirinin müavini Giorgi Baramidze də iştirak edəcək.
Bu məqsədlə o, artıq İtaliyaya işgüzar səfərə yola düşüb.
Görüşdə Fransanın Avropa işləri üzrə naziri, İtaliya, Türkiyə, Macarıstan, Malta, Bolqarıstan, Moldova və digər ölkələrin xarici işlər nazirlərinin və Albaniyanın Avropa üzrə inteqrasiya nazirinin iştirakı gözlənilir.
Konfransda Aİ və qonşu ölkələrin aktual problemləri, o cümlədən müxtəlif dövlətlərdə siyasi vəziyyət və Rusiya ilə münasibətlər nəzərdən keçiriləcək.
Baramidzenin təşəbbüsü ilə təhlükəsizlik sahəsində çağırışlar və Avroatlantik inteqrasiya məsələləri müzakirə ediləcək.
Baş nazir səfəri çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.