...

Bakıda Avstriya kitabxanası açılıb (FOTO)

Siyasət Materials 23 İyun 2010 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir T.Hacıyev/

Çərşənbə günü Bakıda Avstriya kitabxanasının açılışı olub. "Bu kitabxana Azərbaycan - Avstriya münasibətlərinin dərinləşməsində mühüm rol oynayacaq", - açılış mərasimində Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger bildirib.

Mərasim zamanı Avstriya XİN rəhbəri Azərbaycan Dövlət Dillər Universitetinin (ADDU) tələbələri ilə görüşüb və onların suallarına cavab verib.

Azərbaycan Dövlət Dillər Universiteti ilə Avstriya Səfirliyi arasında imzalanan müqaviləyə görə, kitabxananın fonduna 3 minə yaxın kitab və müxtəlif materiallar daxil olacaq. Eləcə də kitabxananın əməkdaşları ildə bir dəfə Vyanada dördhəftəlik təcrübə keçəcəklər.

Hazırda Avstriya kitabxanaları dünyanın 56 ölkəsində fəaliyyət göstərir.

Açılış mərasimində Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer Kaybiç də iştirak edib.

Xəbər lenti

Xəbər lenti