Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K. Zərbalıyeva/
İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Qazaxıstanda tutulub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Qazaxıstanın Aktau şəhərində tutulmuş Səadət Hüseynova 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.
Hüseynovanın ölkəmizə ekstradisiyası üçün tədbirlər görülür.