...

ATƏT-in Bakı ofisi Parlament seçkiləri ərəfəsində hakimiyyət və müxalifətlə dialoqu davam etdirəcək – Əli Bilgə Cankorel (FOTO)

Siyasət Materials 25 İyun 2010 12:34 (UTC +04:00)
ATƏT-in Bakı ofisi ölkədəki Parlament seçkiləri ərəfəsində Azərbaycan hakimiyyəti və müxalifəti ilə dialoqu davam etdirəcək. Bu barədə jurnalistlərə cümə günü ofisin rəhbəri Əli Bilgə Cankorel məlumat verib.
ATƏT-in Bakı ofisi Parlament seçkiləri ərəfəsində hakimiyyət və müxalifətlə dialoqu davam etdirəcək – Əli Bilgə Cankorel (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir V.Javoronkova/

ATƏT-in Bakı ofisi ölkədəki Parlament seçkiləri ərəfəsində Azərbaycan hakimiyyəti və müxalifəti ilə dialoqu davam etdirəcək. Bu barədə jurnalistlərə cümə günü ofisin rəhbəri Əli Bilgə Cankorel  məlumat verib.

"Biz hamımız anlayırıq ki, Azərbaycan üçün Parlament seçkiləri nə dərəcədə vacibdir və ölkədəki seçkiqabağı vəziyyətin yaxşılaşdırılması istiqamətində işləri davam etdirmək niyyətindəyik", - Cankorel bildirib.

Azərbaycanda Parlament seçkiləri noyabrda keçiriləcək.

Cankorel seçkilərə az vaxt qaldığı dövrdə ölkənin Seçki Məcəlləsinə düzəlişlərin edilməsinə zərurət görmür. Lakin o deyib ki, bu məsələ, eləcə də sərbəst toplaşma hüququnun təmin edilməsi məsələsi ilə bağlı hakimiyyətlə dialoq davam etdiriləcək.

Bakı ofisinin rəhbərinin sözlərinə görə, hazırda ATƏT deputatlığa namizədlərə KİV resurslarından istifadə imkanlarının verilməsinə xüsusi diqqət ayırır.

Xəbər lenti

Xəbər lenti