...

ABŞ Strateji Araşdırmalar Mərkəzində Qafqazdakı münaqişələr müzakirə olunub

Siyasət Materials 25 İyun 2010 15:03 (UTC +04:00)
ABŞ Strateji Araşdırmalar Mərkəzində Cənubi Qafqaz və Xəzər hövzəsi ölkələrinə münasibətdə Ağ ev administrasiyası siyasətinin əsas istiqamətləri müzakirə olunub. Gürcüstan TV məlumat verir ki, əsas məsələlərdən biri Qafqazdakı həll edilməmiş münaqişələr olub.
ABŞ Strateji Araşdırmalar Mərkəzində Qafqazdakı münaqişələr müzakirə olunub

Gürcüstan, Tbilisi, 25 iyun /Trend, müxbir N.Kirsxaliya/

ABŞ Strateji Araşdırmalar Mərkəzində Cənubi Qafqaz və Xəzər hövzəsi ölkələrinə münasibətdə Ağ ev administrasiyası siyasətinin əsas istiqamətləri müzakirə olunub. Gürcüstan TV məlumat verir ki, əsas məsələlərdən biri Qafqazdakı həll edilməmiş münaqişələr olub.

Strateji Araşdırmalar Mərkəzi Qafqaz regionunda münaqişələrin həll olunması üzrə işləri fəallaşdırmaqla bağlı Obama hökumətinə müraciət edib.

Amerikalı ekspertlərin fikrincə, Qafqaz regionu geosiyasi baxımdan çox böyük önəm daşıyır.

Məhz ona görə onlar Gürcüstanın ərazi bütövlüyünün dəstəklənməsi və münaqişələin həll olunması planında öz dəqiq dövlət siyasətini yürütməyi məsləhət görür.

Xəbər lenti

Xəbər lenti