...

Azərbaycan Silahlı Qüvvələri regionda ən intizamlı və peşəkar ordu imicini yaradıb - deputat

Siyasət Materials 26 İyun 2010 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir M. Əliyev/

Azərbaycan Silahlı Qüvvələri regionda ən intizamlı və peşəkar ordu imicini yaradıb. Bu barədə Trend-ə şənbə günü Azərbaycan Milli Məclisinin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.

"Bu gün Azərbaycan Ordusu günün tələblərinə tamamilə cavab verir - müasir silahlarla təchiz edilib, taktiki məsələlər kifayət qədər dərindən mənimsənilib və orduda qulluq fəxarət yerinə çevirən bir struktur olub", - Mirzəzadə bildirib.

1991-ci il oktyabrın 9-da ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Mirzəzadənin sözlərinə görə, Azərbaycan əsgərləri bu gün hazırlıqlı zabitlərin rəhbərliyi altında Vətəni qoruyur, ayrı-ayrı sahələrdə Azərbaycan dövlətinin möhkəmliyini təmin edir.

"Silahlı Qüvvələr Gününün tarixi ilk demokratik respublikanın qurulduğu dövrə təsadüf edir. O dövrdə kifayət qədər silahı, təşkilatı, strukturu olmayan Azərbaycan əsgərləri Azərbaycan torpağının müstəqilliyini qoruya bildilər. Həmin əhval-ruhiyyə bugünkü Azərbaycan Milli Ordusunda da var", - politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti