...

Avropa Şurasının nümayəndə heyəti Gürcüstana səfər edəcək

Siyasət Materials 28 İyun 2010 17:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 iyun /Trend, müxbir N.Kirsxaliya/

Avropa Şurasının nümayəndə heyəti iyulun 2-3-də Gürcüstana səfər edəcək. Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniyanın ənənəvi bazar ertəsi brifinqində dediyi kimi, nümayəndə heyətinin tərkibinə AŞ-nin baş katibi Torbyorn Yaqland və AŞ Nazirlər Kabinetinin sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski daxildir.

Səfər proqramında Gürcüstan Prezidenti Mixail Saakaşvili, parlament sədri David Bakradze, xarici işlər naziri Qriqol Vaşadze, reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili, qaçqın və məskunlaşma işləri üzrə nazir Koba Subeliani ilə görüşlər nəzərdə tutulur.

Calaqaniyanın sözlərinə görə, danışıqların əsas mövzusu Gürcüstan və Avropa Şurası arasında münasibətlər, həmçinin AŞ baş katibinin gürcü-rus münaqişəsi üzrə məruzəsi olacaq.

Xəbər lenti

Xəbər lenti