...

Rusiya Dağlıq Qarabağa sülhməramlıları göndərməyəcək - Federasiya Şurasının spikeri

Siyasət Materials 2 İyul 2010 11:18 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağa sülhməramlıları göndərməyəcək, bu, iki ölkə - Azərbaycan və Ermənistanın problemidir, - bu barədə Rusiya Federasiyası Şurasının spikeri Sergey Mironov "Moskvanın səsi" radiostansiyasına müsahibəsində deyib.
Rusiya Dağlıq Qarabağa sülhməramlıları göndərməyəcək - Federasiya Şurasının spikeri

Rusiya Dağlıq Qarabağa sülhməramlıları göndərməyəcək, bu, iki ölkə - Azərbaycan və Ermənistanın problemidir, - bu barədə Rusiya Federasiyası Şurasının spikeri Sergey Mironov "Moskvanın səsi" radiostansiyasına müsahibəsində deyib.

"Azərbaycan və Ermənistan liderlərinin Dmitri Medvedevin iştirakı ilə görüşməsində maraqlı bir format vardır. Mən ümid edirəm, belə format davam etdiriləcək", - o deyib.

O hesab edir ki, Rusiya hazırkı danışıqlarda müsbət rol oynayır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti