...

İlham Əliyev Almaniyanın yeni Prezidentini təbrik edib

Siyasət Materials 2 İyul 2010 19:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının yeni Prezidenti Kristian Vulfa təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Almaniyanın yeni Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının yeni Prezidenti Kristian Vulfa təbrik məktubu ünvanlayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan-Almaniya münasibətləri bu gün dinamik inkişaf yolundadır. Dost ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində əməkdaşlığı əlaqələrimizin hərtərəfli genişlənməsi üçün yaxşı zəmin yaratmışdır. Əminəm ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran bir çox sahələrdə səmərəli iş birliyimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir", - təbrik məktubunda deyilir.

İlham Əliyev Kristian Vulfa möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti