...

ABŞ dövlət katibi Hillari Klinton Bakıya gəlib

Siyasət Materials 4 İyul 2010 01:16 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klinton bazar günü Bakıya gəlib.
ABŞ dövlət katibi Hillari Klinton Bakıya gəlib

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir T.Hacıyev/

ABŞ dövlət katibi Hillari Klinton bazar günü Bakıya gəlib.

Heydər Əliyev adına Beynəlxalq hava limanında Hillari Klintonu xarici işlər naziri Elmar Məmmədyarov qarşılayıb. ABŞ dövlət katibi mətbuat üçün bəyanət etməyib.

Səfər çərçivəsində Klintonun Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirəcəyi nəzərdə tutulur. Həmçinin, ABŞ dövlət katibi gənclərlə KİV azadlığı və siyasi məsələləri müzakirə edəcək.

Bu gün Klinton Yerevana, iyulun 5-də isə Tbilisiyə gedəcək.

"Cənubi Qafqazda Klintonun ABŞ ilə Azərbaycan, Ermənistan və Gürcüstan arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulamaq, regional münaqişələrin həllinə, bölgədə sülh və sabitliyin möhkəmlənməsinə töhfə vermək imkanı olacaq", - dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon bir müddət əvvəl deyib.

Xəbər lenti

Xəbər lenti