...

İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib (YENİLƏNİB)

Siyasət Materials 6 İyul 2010 20:32 (UTC +04:00)
Prezident İlham Əliyev çərşənbə axşamıdib.kıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib.
İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib (YENİLƏNİB)

RED. əlav.: təfərrüatlar əlavə olunub

Prezident İlham Əliyev çərşənbə axşamıdib.kıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının yeni binası da icmanın fəaliyyətinin əlaqələndirilməsi, bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm addımdır.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılmış şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verilib ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 1300 kvadratmetr olan binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub.

Prezident İlham Əliyev binanın iş otaqlarında yaradılan şəraitlə tanış olub.

Bildirildi ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün 120 nəfərlik konfrans zalı və digər müşavirə otaqları da var.

Burada icmanın həyata keçirdiyi tədbirləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xalqımıza qarşı həyata keçirilən soyqırım siyasəti ilə bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yayılması və təbliği istiqamətində görülən işləri əks etdirən fotolar da nümayiş olunur.

Bina ilə tanışlıqdan sonra "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin üzvləri ilə görüş olub.

Prezident İlham Əliyev görüşdə nitq söyləyib.

Xəbər lenti

Xəbər lenti