...

Azərbaycan Prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib

Siyasət Materials 6 İyul 2010 16:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da BP şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul edib.
Azərbaycan Prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da BP şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə BP şirkəti arasında uzunmüddətli əməkdaşlığın uğurlu olduğunu vurğulayıb və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Toni Heyvord BP şirkətinin Azərbaycan hökuməti və ARDNŞ ilə uğurlu əməkdaşlığını bir daha qeyd edərək "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" neft və qaz, eləcə də Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri layihələrinin Azərbaycan, region və qlobal enerji bazarları üçün əhəmiyyətli olduğunu deyib.

Görüşdə "Şahdəniz" yatağının tammiqyaslı işlənilməsinin Azərbaycan və BP üçün önəmli layihələrdən biri olduğu qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti