...

Azərbaycan Prezidenti İraqın yeni səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 6 İyul 2010 20:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İraq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti İraqın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı İraq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakın etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Söhbət zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlər və onların perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti