...

Prezident İlham Əliyev "Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair dövlət proqramı"nı təsdiq edib

Siyasət Materials 6 İyul 2010 23:15 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası "Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair dövlət proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Prezident İlham Əliyev "Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair dövlət proqramı"nı təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası "Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair dövlət proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Sərəncama görə,  Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə Sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək və onun icrasının gedişi barədə hər ilin yekununa görə Azərbaycan Respublikası Prezidentinə məlumat vermək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti