...

Azərbaycan Prezidenti Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub

Siyasət Materials 9 İyul 2010 11:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 9-da Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub.
Azərbaycan Prezidenti Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 9-da Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Məlumat verilib ki, ümumi sahəsi 12 min kvadratmetr olan inzibati binada nazirliyin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Üçmərtəbəli binanın birinci mərtəbəsində vətəndaşların qəbul şöbəsi, elektron kitabxana və köşk, monitorinq mərkəzi, 200 nəfərlik akt zalı vardır. İkinci mərtəbədə Bakı Şəhər Baş Səhiyyə İdarəsi yerləşir. Üçüncü mərtəbədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli fəaliyyət göstərən "böhran mərkəzi" yerləşir. "Böhran mərkəzi"ndəki elektron xəritə vasitəsilə "103" xidməti haqqında bütün məlumatı əldə etmək olar. Bundan əlavə, bu mərtəbədə kollegiya zalı və Səhiyyə Nazirliyinin muzeyi yerləşir.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti