...

Azərbaycanın müxalifət partiyasının icra strukturları yenidən formalaşıb

Siyasət Materials 12 İyul 2010 17:46 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) X Qurultayından sonra partiyanın yeni tərkibdə formalaşan Mərkəzi Şurasının ilk iclası keçirilib.
Azərbaycanın müxalifət partiyasının icra strukturları yenidən formalaşıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) X Qurultayından sonra partiyanın yeni tərkibdə formalaşan Mərkəzi Şurasının ilk iclası keçirilib.

Partiyanın mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb, ölkə üçün vacib olan problemlərə, o cümlədən seçkiöncəsi vəziyyətə diqqət yetirilib və partiyanın növbəti mərhələdə atacağı addımlar ətrafında geniş müzakirələr aparılıb.

Nizamnaməyə uyğun olaraq AMİP Mərkəzi Şurasında baş katib postuna Arzuxan Əlizadə, partiyanın Mərkəzi Şura sədrliyinə Adnan Novruzov, sədr müavini vəzifəsinə isə İradə Adıgözəlova seçiliblər.

Əli Ələkbərov, Fuad Muxtarov, Aydın Əliyev, Məhərrəm Həsənov, Rauf Mirqədirov, Aminə Vəliyeva, Ceyran Ənsər və Sadiq Həmzəyev Siyasi Şuraya üzv seçiliblər. Siyasi Şuraya iki yer vakant saxlanılıb.

Eyni zamanda, AMİP katiblərinin təyinatı həyata keçirilib. Baş katib Arzuxan Əlizadənin sərəncamı ilə Nazim Ələsgərov təşkilat katibi, Əli Orucov mətbuat və təbliğat katibi, Rəşad Bayramov seçki və bələdiyyələrlə iş üzrə katib, Elşən Mustafayev beynəlxalq əlaqələr üzrə katib, Vaqif Məmmədov isə maliyyə məsələləri üzrə katib vəzifələrinə təyin olunublar.

Xəbər lenti

Xəbər lenti