...

Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 14 İyul 2010 14:08 (UTC +04:00)
Mavritaniya Prezidenti Məhəmməd Valid Abdul Əziz bu həftə Bakıya rəsmi səfər edəcək, - məlumatı "Shabiba Oman" agentliyi yayıb.
Mavritaniya Prezidenti Azərbaycana səfər edəcək

Mavritaniya Prezidenti Məhəmməd Valid Abdul Əziz bu həftə Bakıya rəsmi səfər edəcək, - məlumatı "Shabiba Oman" agentliyi yayıb.

Bu, Mavritaniya Prezidentinin Azərbaycana ilk səfəri olacaq.

Aprelin 8-də Mavritaniyanın xarici işlər naziri Nahu Mint Muknassu Azərbaycanda rəsmi səfərdə olarkən, Prezidentin Bakıya baş tutacaq səfərinin detallarını Azərbaycan tərəfi ilə müzakirə edib.

Nazirin səfəri zamanı Azərbaycanla Mavritaniya arasında mədəniyyət və əməkdaşlıq sahəsində memorandum, həmçinin, Azərbaycan və Mavritaniya xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti