...

Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 16 İyul 2010 12:05 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 16-da Şəhidlər xiyabanını ziyarət edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agnetliyi yayıb.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Məhəmməd Uld Əbdüləziz "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Mavritaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Məhəmməd Uld Əbdüləziz Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

Xəbər lenti

Xəbər lenti