...

Müxalif Demokratiya Uğrunda İttifaqın Müsavat-AXCP birliyinə qoşulması məsələsi gündəmdə deyil

Siyasət Materials 28 İyul 2010 15:47 (UTC +04:00)
Müxalif Demokratiya Uğrunda İttifaqın (DUİ) Müsavat-AXCP birliyinə qoşulması məsələsi gündəmdə deyil. Bunu çərşənbə günü Trend-ə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
Müxalif Demokratiya Uğrunda İttifaqın Müsavat-AXCP birliyinə qoşulması məsələsi gündəmdə deyil

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Müxalif Demokratiya Uğrunda İttifaqın (DUİ) Müsavat-AXCP birliyinə qoşulması məsələsi gündəmdə deyil. Bunu çərşənbə günü Trend-ə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

"Kimlərsə gələcəkdə DUİ-nin bu birliyə qoşulmasından danışırsa, bu doğru deyil. Ona görə ki, bu birliyin müəllifi DUİ-nin özüdür və birlik ideyası DUİ-yə məxsusdur. Sadəcə olaraq əvvəllər biz "Azadlıq" blokuna birlikdə fəaliyyət göstərməyi təklif edərkən bizə bildirmişdilər ki, həmin blokdakı partiyaların məramları Müsavat Partiyası ilə düz gəlmədiyinə görə blok bizim təklif etdiyimiz birliyə qoşula bilmir. Buna görə AXCP də prosesdən kənarda qalmışdı. "Azadlıq" blokunun siyasi fəaliyyətinə xitam verildikdən sonra AXCP bu məsələyə qoşulub. Kimlərsə DUİ-nin Müsavat-AXCP birliyinə qoşulmağından danışırsa, bu doğru yanaşma deyil və tarixi saxtalaşdırmaqdır", - Mirəlioğlu əlavə edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Mirəlioğlu mətbuatda müzakirə olunan məsələlərin reallıqla bağlı olmadığını deyib.

"Birinci mərhələdə bir sıra işlər görmüşük. Müsavat ilə namizədləri razılaşdırmışıq. Bizim nəzərdə tutduğumuz plan irəliləməkdədir. AXCP isə növbəti mərhələdə proseslərə qoşulub. Sadəcə bir-iki jurnalistin, köşə yazarının təxəyyülü güclüdür deyə, bir az da irəli gedirlər və bu məsələyə münasibət bildirərkən hətta AXCP-Müsavat birliyindən danışırlar. Bu onların öz işləridir, ancaq siyasi proseslər heç də belə deyil", - Mirəlioğlu bildirib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda bu təklif istiqamətində danışıqlar davam etdirilir. Azərbaycan mətbuatında da bu iki partiyanın birləşəcəyi barədə fikirlər səslənir.

"Bizim siyasətmiz budur ki, DUİ, Müsavat və AXCP birgə fəaliyyət göstərsin. Nə mümkündürsə, onu edirik. Bu baş tutacağı təqdirdə, 125 dairənin hamısında namizəd irəli sürəcəyik", - Mirəlioğlu deyib.

Xəbər lenti

Xəbər lenti