...

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Siyasət Materials 30 İyul 2010 10:18 (UTC +04:00)
Şirvan-Sabirabad yolundakı Kür çayı üzərindən keçən körpüdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Şirvan-Sabirabad yolundakı Kür çayı üzərindən keçən körpüdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi bununla əlaqədar Sabirabad istiqamətində hərəkət edən sürücülərə xəbərdarlıq edib.

İdarədən cümə günü Trend-ə verilən məlumata görə, Şirvan-Sabirabad yolundakı Kür çayı üzərindən keçən körpüdə təmir işlərinin aparılması ilə əlaqədar bu gün saat 10:00-dan 15:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, Sabirabad rayonu istiqamətinə getmək üçün Hacıqabul-Padarçöl yolundan, İmişli və Saatlı rayonlarına getmək üçün isə Salyan-Biləsuvar yolundan istifadə etsinlər.

Xəbər lenti

Xəbər lenti