Azərbaycan, Bakı, 4 avqust /Trend/
Nazir Elmar Məmmədyarov 4-7 avqust tarixlərində Türkiyə Respublikasının Bodrum şəhərində keçiriləcək türkdilli dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Türkiyə Respublikasına işgüzar səfər edəcək. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.