...

ABŞ Konqresinin nümayəndə heyəti Gürcüstanın müdafiə sahəsində əsas prioritetlərlə tanış olub

Siyasət Materials 4 Avqust 2010 16:08 (UTC +04:00)
Amerikalı konqresmenlərin köməkçilərindən ibarət nümayəndə heyəti Gürcüstanın Müdafiə Nazirliyinə gəlib və müdafiə sahəsində əsas prioritetlərlə tanış olub.
ABŞ Konqresinin nümayəndə heyəti Gürcüstanın müdafiə sahəsində əsas prioritetlərlə tanış olub

Gürcüstan, Tbilisi, 4 avqust /Trend, müxbir N.Kirsxaliya/

Amerikalı konqresmenlərin köməkçilərindən ibarət nümayəndə heyəti Gürcüstanın Müdafiə Nazirliyinə gəlib və müdafiə sahəsində əsas prioritetlərlə tanış olub. Gürcüstan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin üzvləri müdafiə nazirinin müavinləri Nodar XarşiladzeNikoloz Vaşakidze ilə görüşüblər.

Konqres nümayəndələri nazirlikdə cari islahatlarla və Gürcüstanın ABŞ-dan kömək istədiyi konkret məsələlər barədə mövzularla maraqlanıblar. Onlar gürcü hərbi kontingentinin Əfqanıstanda sülhməramlı əməlyyatlara verdiyi töhfəni yüksək qiymətləndirib və bu əməliyyatlarda iştirakına görə Gürcüstana təşəkkürlərini bildiriblər.

Səfər çərçivəsində ABŞ komqresmenlərinin köməkçiləri artıq parlament çoxluğu və azlığının nümayəndələri, Baş nazirin müavini Georgi Baramidze və digər rəsmi şəxslərlə görüşüblər.

Nümayəndə heyətinin səfəri avqustun 7-də başa çatır. 

Xəbər lenti

Xəbər lenti