Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan polisi saxta diplom satan keçmiş məhkumları yaxalayıb.
Daxili İşlər Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Namiq Əliyev və Samir Əfəndiyev Şirvan şəhər sakini Güllü Nağıyevaya, guya, Azərbaycan Dövlət Universitetinin "Fars dili tərcüməçisi" fakültəsini bitirməsi barədə diplomu 5000 dollara satarkən tutulublar.
Faktla bağlı cinayət işi başlanılıb.