...

Azərbaycanda Parlament seçkilərini 300-dən artıq ATƏT müşahidəçisi izləyəcək - Əli Bilge Cankorel

Siyasət Materials 12 Avqust 2010 17:01 (UTC +04:00)
Azərbaycanda Parlament seçkilərini 300-dən artıq ATƏT müşahidəçisi izləyəcək.
Azərbaycanda Parlament seçkilərini 300-dən artıq ATƏT müşahidəçisi izləyəcək - Əli Bilge Cankorel

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Parlament seçkilərini 300-dən artıq ATƏT müşahidəçisi izləyəcək. Bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.

"Müşahidəçilər hökumət tərəfindən artıq dəvət olunub. Sentyabrın əvvələrində kiçik heyətlə müşahidəçi, sentyabrın ortalarında uzunmüddətli müşahidəçilərdən ibarət 15-16 nəfər gələcək. Seçki həftəsində, təqribən, 300 müşahidəçinin gələcəyi gözlənilir", - Cankorel əlavə edib.

Cankorel ATƏT-in Bakı ofisinin Azərbaycandakı Parlament seçkilərindəki fəaliyyəti haqqında da danışıb.

"Avqustun 24-də media azadlığı ilə əlaqədar "Seçkilərdə ən demokratik, ən azad media  necə olmalıdır?" mövzusunda tədbir keçiriləcək. Bu tədbirdə siyasi partiya və hökumət təmsilçiləri və səfirlik nümayəndələri iştirak edəcəklər. Bundan əlavə, 21, 22, 23 və 24 sentyabr tarixlərində Gəncədə, Bakıda, Naxçıvanda və Şirvanda icra başçıları və seçki komissiya sədrləri ilə birgə toplantılar keçirəcəyik. Beləliklə, seçki məsələsi ilə bağlı Azərbaycanda bütün rəhbər şəxslərlə görüşəcəyik", - Cankorel deyib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti