...

Dünya Azərbaycanlıları Konqresi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə yürüş keçirəcək

Siyasət Materials 13 Avqust 2010 13:31 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə «Sənin məzarın - bizim ürəyimizdir!» devizi altında yürüş təşkil edəcək.
Dünya Azərbaycanlıları Konqresi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə yürüş keçirəcək

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir T.Hacıyev/

Dünya Azərbaycanlıları Konqresi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə "Sənin məzarın - bizim ürəyimizdir!" devizi altında yürüş təşkil edəcək. Bu barədə Trend-in cümə günü DAK-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qarabağ məsələləri üzrə məsulu Səyavuş Mustafayevin təşəbbüsü ilə DAK idarə heyətinin üzvləri, xaricdə fəaliyyət göstərən Azərbaycan dərnəkləri və diaspor təşkilatlarının nümayəndələri, DAK Gənclər Təşkilatının iştirakı ilə nəzərdə tutulan yürüş avqust ayının 19-da saat 09:00-da Şəhidlər Xiyabanından başlanacaq.

Mübariz İbrahimov iyunun 18-da Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını alaraq qəhrəmanlıq göstərib. Nəticədə, 5 erməni hərbçisini öldürüb, 3-nü isə yaralayıb.

Yürüş Şəhidlər Xiyabanından Milli Qəhrəman Mübariz İbrahimovun Biləsuvar rayonundakı evinədək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti