...

Türkiyə Azərbaycanın xeyrinə özünün bütün imkanlarından istifadə edəcək – parlamentlərarası qrupun rəhbəri

Siyasət Materials 13 Avqust 2010 15:13 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana bazar ertəsindən başlayacaq qarşıdakı ikigünlük səfəri iki ölkə arasında qardaş münasibətlərin genişləndirilməsinə yol açacaq.
Türkiyə Azərbaycanın xeyrinə özünün bütün imkanlarından istifadə edəcək – parlamentlərarası qrupun rəhbəri

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana bazar ertəsindən başlayacaq qarşıdakı ikigünlük səfəri iki ölkə arasında qardaş münasibətlərin genişləndirilməsinə yol açacaq. Bu barədə Trend-ə Ankaradan telefonla Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Mustafa Kabakçı deyib.

"İnanıram ki, prezidentlərin danışıqları bütün məsələləri əhatə edəcək. Türkiyə həmişə Azərbaycanın xeyrinə malik olduğu bütün imkanlardan istifadə edib və bundan sonra da istifadə edəcək", - Kabakçı deyib.

Türkiyəli deputat əlavə edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin ikitərəfli görüşləri zamanı ölkələr arsında gələcək layihələr müzakirə ediləcək.

Türkiyə Prezidentinin səfəri zamanı Dağlıq Qarabaq münaqişəsi və bir sıra ikitərəfli sənədlər də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti