Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev avqustun 16-da İraqın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qübeyşi əl-Barrakı qəbul edib. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazir yeni təyinatı ilə bağlı səfiri təbrik edərək bildirib ki, Azərbaycan İraqla əlaqələrin qurulmasına önəm verir. İraqlı qonaq isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini və erməni təcavüzünü pislədiklərini bəyan edib.