Gürcüstan, Tbilisi, 17 avqust /Trend, müxbir N.Kirsxaliya/
Bazar ertəsi axşam saat 22:00-da Gürcüstanda zəlzələ baş verib. Trend-ə Gürcüstanın Seysmoloji Mərkəzindən verilən məlumata görə, zəlzələnin episentri Tbilisinin cənub-qərbində Kvarelsk rayonunun Sabue kəndində (Kaxeti regionu, Şərqi Gürcüstan) yerləşib.
Yeraltı təkanın gücü 3,7 bal təşkil edib.
Kaxeti regionu Administrasiyasının verdiyi məlumata görə, zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.