...

Türkmənistanın Əfqanıstanla bağlı təşəbbüsü "vaxtında edilib" - BMT

Siyasət Materials 20 Avqust 2010 20:41 (UTC +04:00)
BMT Türkmənistanın "Əfqanıstanda inam və həmrəylik tədbirlərinin gücləndirilməsi" üzrə təşəbbüsünün həyata keçirilməsini hər vəchlə dəstəkləyəcək.
Türkmənistanın Əfqanıstanla bağlı təşəbbüsü "vaxtında edilib" - BMT

Türkmənistan, Aşqabad, 20 avqust/Trend, müxbir H.Həsənov/

BMT Türkmənistanın "Əfqanıstanda inam və həmrəylik tədbirlərinin gücləndirilməsi" üzrə təşəbbüsünün həyata keçirilməsini hər vəchlə dəstəkləyəcək. Bu barədə Aşqabadda BMT-nin Aşqabaddakı daimi əlaqələndiricisi Lenni Montiel deyib

"Türkmənistan hökumətinin Aşqabadda BMT-nin himayəsi altında Əfqanıstanda inam və həmrəylik tədbirlərinin gücləndirilməsi və dövlət hakimiyyəti institutlarının inkişafı üzrə yüksək səviyyəli iclası təşkil etmək barədə bu yaxınlarda irəli sürdüyü təşəbbüs, qabaqcıl və vaxtında edilmiş təşəbbüsdür", - o bildirib.

"BMT-nin Türkmənistandakı sisteminin əlaqələndiricisi kimi, mən qeyd etmək istəyirəm ki, biz bu təşəbbüsün həyata keçməsinə bütünlüklə dəstək verəcəyik", - mətbuat üçün yayılan çıxışın mətnində deyilir.

Montiel vurğulayıb ki, Türkmənistan hökuməti Aşqabadı, 90-cı illərin ortalarında keçirilən taciklərarası və əfqanlararası məsləhətləşmələr daxil olmaqla, sülh danışıqlarının keçirilməsi yeri kimi dəfələrlə təklif edib.

Onun sözlərinə görə, Türkmənistan öz xarici siyasətinin yürüdülməsində dünya birliyinin beynəlxalq terrorizm və ekstremizm ilə mübarizədə səylərini də dəstəkləyir.

"Terrorizmlə mübarizə, narkotik və cinayətkarlıqla aparılan mübarizə ilə birbaşa bağlıdır. Türkmənistan hələ ötən əsrin 90-cı illərinin ortalarında narkotiklərə nəzarət üzrə üç beynəlxalq konvensiyaya qoşulub".

Bu yaxınlarda BMT-nin narkotik və cinayətkarlıq üzrə İdarəsi 2010-cu il ərzində narkotiklər haqqında dünya üzrə məruzəsini buraxıb. Türkmənistanın əldə etdiyi nəticələrin də bu məruzəyə daxil edilməsi BMT nümayəndəsinin hesab etdiyi kimi, "ölkənin narkotiklərin qanunsuz dövriyyəsinə və onlardan istifadəyə böyük diqqət yetirməsinin mübahisəedilməz sübutudur".

BMT əlaqələndiricisi onu da xatırladıb ki, Aşqabadda ölkə rəhbərliyinin dəstəyi ilə BMT-nin Orta Asiya üzrə qabaqlayıcı diplomatiya regional mərkəzi yaradılıb və fəaliyyət göstərir.

Rəsmi Aşqabad Əfqanıstanda sülhün bərqərar olmasında maraqlıdır. Bu, karbohidrogen resurslarını, ilk növbədə Türkmənistanın təbii qazını Pakistan və Hindistana tədarük etmək üçün Əfqanıstan ərzisindən tarnzit qismində istifadə etməyə imkan verə bilər.

Xəbər lenti

Xəbər lenti