...

ATƏT dövlətləri ümumi çağırışlara birgə cavab vermək axtarışında işləməlidirlər – Qazaxıstan XİN rəhbəri

Siyasət Materials 24 Avqust 2010 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir S.Süleymanov/

ATƏT-in Astanada keçiriləcək sammitinə 100 gün qalmış təşkilatın bütün iştirakçı ölkələri ümumi çağırışlara birgə cavab vermək axtarışında fəal işləməlidirlər. Bu sözləri Astanada ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev deyib. Məlumatı Qazaxıstan XİN-in mətbuat xidməti yayıb.

"Dekabrın 1-2-də Astanada keçiriləcək ATƏT iştirakçısı olan 56 dövlətin rəhbərlərinin görüşü indi qarşımızda duran çağırış və təhdidlərə layiqli cavab üçün nadir imkan yaradır", - Saudabayevin bəyan etdiyi sözlər nazirliyin press-relizində göstərilib.

"Sammitə qalmış 100 gündə biz hamımız böyük iş görməliyik ki, bu tarixi görüş yüksək təşkilatlanmış səviyyədə keçsin və ATƏT iştirakçı dövlətlərin liderləri "Vankuverdən Vladivostoka qədər təhlükəsizlik məkanı"ndan "təhlükəsizlik birliyi" konsepsiyasına keçidin başlanğıcının, ümumi təşkilatmızın gələcək möhkəmlənməsinin və yeniləşməsinin əsasını qoysunlar", - Saudabayev deyib.

ATƏT iştirakçı ölkələrin rəhbərlərinin son sammiti 1999-cu ildə İstanbulda keçirilib. Astana sammiti təşkilatın tarixində yeddinci olacaq. Əvvəlki sammitlər 1975-ci ildə Helsinkidə, 1990-cı ildə Parisdə, 1992-ci ildə Helsinkidə, 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda keçirilib.

"Qazaxıstan paytaxtında keçiriləcək sammitdən əvvəl Varşava, Vyana və Astanada üç hissədə keçiriləcək icmal konfransı baş tutacaq. Konfrans sentyabrın 30-da başlayacaq", - Qazaxıstan XİN-in mətbuat xidməti bildirib.

Xəbər lenti

Xəbər lenti