...

Gürcüstan məktəblərində ən böyük yenidənqurma işləri azərbaycanlıların məskunlaşdıqları Marneuli rayonunda aparılır

Siyasət Materials 25 Avqust 2010 15:30 (UTC +04:00)
Rayonlar arasında ən böyük yenidənqurma işləri Marneulidə aparılır. Təhsil Nazirliyinin qərarına əsasən, Tamarisi kəndində 1 və 2 saylı məktəblər, Kuşçi və Əhmədedlo kəndlərinin məktəbləri, Sabirkəndidə iki məktəb, Mirzəyevka və Çereteli kəndlərinin məktəbləri, Hacısakəndi və Əzizkəndinin iki məktəbi, Əhlomahmudlo və Araflo kəndlərinin iki məktəbi birləşdirilir.
Gürcüstan məktəblərində ən böyük yenidənqurma işləri azərbaycanlıların məskunlaşdıqları Marneuli rayonunda aparılır

Gürcüstan, Tbilisi, 25 avqust /Trend, müxbir N.Kirsxaliya/

Rayonlar arasında ən böyük yenidənqurma işləri Marneulidə aparılır. Təhsil Nazirliyinin qərarına əsasən, Tamarisi kəndində 1 və 2 saylı məktəblər, Kuşçi və Əhmədedlo kəndlərinin məktəbləri, Sabirkənddə iki məktəb, Mirzəyevka və Çereteli kəndlərinin məktəbləri, Hacısakəndi və Əzizkəndin iki məktəbi, Əhlomahmudlo və Araflo kəndlərinin iki məktəbi birləşdirilir.

Çalkada Hadiki kənd məktəbi Çalkanın 2 saylı məktəbi ilə, Aiazma kənd məktəbi Nərdevani kənd məktəbi ilə, Kaburi kənd məktəbi isə Xaçkovodakı məktəblə birləşdirilib.

Xaşur rayonunda Bril və Əli kəndlərinin məktəbləri birləşdirilir. Düşet rayonunda Ebnisi və Çilurti kənd məktəbləri birləşdirilir. Əhməd rayonunda Arqoxi və Maqraani kənd məktəbləri, Senakidə Qoxomela və Nokalakevi kənd məktəbləri birləşdirilir. Çalencixada Leqvincile və Licoloxve, Nancaru və Leca kənd məktəbləri birləşdirilir. Kutaisidə 50 və 15 saylı, 48 və 24 saylı məktəblər birləşdirilir.

Tetriçkar rayonunda Manqlisi qəsəbəsinin 1 və 2 saylı məktəbləri, Kaspi rayonunda Teladqori və Çinarexi kəndlərinin məktəbləri birləşdirilir. Borjomidə 2 saylı məktəb 3 saylı məktəblə birləşdirilir.

Aspindz rayonunda Tmoqvi və Nakalakevi, Kvarelidə Şakriani və Yeniseli, Ambrolauridə

Xodciori və Namanevi, Onsk rayonunda Çedisi və Papileti kənd məktəbləri birləşdirilir.

Xəbər lenti

Xəbər lenti