...

Azərbaycanda ildə, orta hesabla, 170-180 qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətləri qeydə alınır - baş prokurorun birinci müavini

Siyasət Materials 26 Avqust 2010 12:25 (UTC +04:00)
Azərbaycanda ildə, orta hesabla, 170-180 qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətləri qeydə alınır.
Azərbaycanda ildə, orta hesabla, 170-180 qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətləri qeydə alınır - baş prokurorun birinci müavini

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ildə, orta hesabla, 170-180 qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətləri qeydə alınır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.

"Bu cinayətlərin ildə, orta hesabla, 10-dan bir az çoxu bağlı qalır. Növbəti illərdə onların açılmasına nail oluruq", - Usubov deyib.

Usubovun sözlərinə görə, 90-cı ilin əvvəllərində ildə 500-600 qəsdən adamöldürmə cinayəti qeydə alınırdı.

"Bu il ərzində ötən ildən bağlı qalan 5 cinayət işi açılıb", - Usubov əlavə edib.

Xəbər lenti

Xəbər lenti