...

ATƏT Türkmənistana ölkə vətəndaşlarının əmək istismarına qarşı mübarizədə kömək edir

Siyasət Materials 26 Avqust 2010 14:26 (UTC +04:00)
Aşqabadda insanların əməyinin istismarı məqsədilə insan alveri ilə mübarizəyə həsr olunmuş və Türkmənistan Baş Prokurorluğu ilə əməkdaşlıq çərçivəsində ATƏT mərkəzi tərəfindən təşkil olunmuş konfrans keçirilib.
ATƏT Türkmənistana ölkə vətəndaşlarının əmək istismarına qarşı mübarizədə kömək edir

Türkmənistan, Aşqabad, 26 avqust /Trend, müxbir H.Həsənov/

Aşqabadda insanların əməyinin istismarı məqsədilə insan alveri ilə mübarizəyə həsr olunmuş və Türkmənistan Baş Prokurorluğu ilə əməkdaşlıq çərçivəsində ATƏT mərkəzi tərəfindən təşkil olunmuş konfrans keçirilib.

Press-relizdə verilən məlumata görə, tədbirdə dövlət müəssisələri və vətəndaş cəmiyyətinin, həmçinin, beynəlxalq təşkilatlar və səfirliklərin nümayəndələri iştirak ediblər.

Səfir, ATƏT-in Aşqabaddakı mərkəzinin rəhbəri Arsim Zekoli qeyd edib: "Hökumət insan alveri ilə mübarizə aparmaq üçün çoxtərəfli, müvafiq tədbirlər görməlidir".

Onun sözlərinə görə, konfransın məqsədi "bu çirkin cinayətlə mübarizə aparmaq üçün lazımi tədbirlər görmək, həmçinin, müdafiə və onun qurbanlarına yardım tədbirlərinin həyata keçirilməsini təmin etməkdir".

Konfrans çərçivəsində ekspertlər belə hadisələri araşdırmaq barədə təcrübələrini bölüşərək, bu cinayətin qurbanlarına yardım göstərmək barədə tədbirləri müzakirə ediblər.

Vera Qraçeva, insan alveri ilə mübarizə üzrə ATƏT-in Vyanada xüsusi nümayəndəlik bürosunun baş məsləhətçisi qeyd edib: " İnsanların əməyini istismar etmək məqsədilə insan alveri bu və ya digər formada dünyanın hər yerində yayılaraq, müasir quldarlıq səviyyəsinə çatıb".

Xəbər lenti

Xəbər lenti