...

Azərbaycanda bəzi obyektlərin istismar vəziyyətinin araşdırılması üçün komissiya yaradılıb

Siyasət Materials 26 Avqust 2010 17:31 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilib 2009-cu ildə istismara verilmiş "Hövsan çirkab sularını təmizləmə qurğusu, 2 №-li Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya xətlərinin yenidən qurulması" obyektinin istismar edilməsi vəziyyətinin araşdırılması məqsədilə komissiyanın yaradılması barədə qərar verib.
Azərbaycanda bəzi obyektlərin istismar vəziyyətinin araşdırılması üçün komissiya yaradılıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikilib 2009-cu ildə istismara verilmiş "Hövsan çirkab sularını təmizləmə qurğusu, 2 №-li Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya xətlərinin yenidən qurulması" obyektinin istismar edilməsi vəziyyətinin araşdırılması məqsədilə komissiyanın yaradılması barədə qərar verib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, komissiyanın sədri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov təyin edilib.

Komissiyanın üzvləri maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, Nazirlər Kabineti Aparatının ekologiya şöbəsinin müdiri İlyas Əlizadə, Nazirlər Kabineti Aparatının dövlət zəmanəti ilə alınan kreditlərin, texniki yardım və qrantların alınması üzrə işlərin əlaqələndirilməsi şöbəsinin müdiri Nail Fətəliyev təyin olunub.

Qərara əsasən komissiyaya tapşırılıb ki, "Hövsan çirkab sularını təmizləmə qurğusu, 2№- li Zığ nasos stansiyası və əsas ötürücü kanalazasiya xətlərinin yenidən qurulması" obyektinin istismar edilməsi vəziyyətini 15 gün müddətində araşdırıb nəticəsi barədə Nazirlər Kabinetinə məlumat versin.

Xəbər lenti

Xəbər lenti