Gürcüstan, Tbilisi, 26 avqust /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixail Saakaşvili Nyu Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasında çıxış edəcək.
Dövlət başçısı sentyabrın 23-də sessiya gedişində nəzərdə tutulan ümumi ənənəvi müzakirələr zamanı BMT qarşısında çıxış edəcək. Bu barədə Trend-ə Prezidentin mətbuat xidmətindən bildirilib.
BMT-nin rəsmi məlumatına görə, Baş Assambleyanın 65-ci sessiyası sentyabrın 14-də Nyu-Yorkda açılacaq. Gürcüstan Prezidenti ənənəyə görə BMT Baş Assambleyasındakı müzakirələrdə çıxış edəcək və işğal olunmuş ərazilər və münaqişələrin nüzamlanması məsələlərinə xüsusi yer ayıracaq.
Prezident Saakaşvili sentyabrın 20-də ABŞ-a gedəcək.