Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidentinin vəzifəsini icra edən Mihay Gimpuya ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Moldova Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir", - məktubda deyilir.
İlham Əliyev Mihay Gimpuya möhkəm cansağlığı, işlərində uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıb.