...

Azərbaycanda "Demokratiya" adlı yeni seçki blokunun yaradılması barədə qərar qəbul edilib

Siyasət Materials 3 Sentyabr 2010 16:37 (UTC +04:00)
Azərbaycanda müxalifət partiyalarının daha bir seçki blokunun yaradılması barədə qərar qəbul edilib.
Azərbaycanda "Demokratiya" adlı yeni seçki blokunun yaradılması barədə qərar qəbul edilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda müxalifət partiyalarının daha bir seçki blokunun yaradılması barədə qərar qəbul edilib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ilə Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə arasında cümə günü görüş olub.

Demokratik İslahatlar Partiyasından Trend-ə bildirblər ki, görüşdə parlament seçkiləri ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub.

Partiyalar "Demokratiya" adlı seçki bloku yaratmaq barədə razılıq əldə ediblər.

Blokla bağlı sazişin mətni və digər sənədlərin hazırlanması ilə əlaqədar işçi qrupunun yaradılması qərara alınıb.

Yaxın günlərdə partiyalararası saziş imzalanacaq və seçki bloku ictimaiyyətə təqdim olunacaq.

Azərbaycanda artıq müxalifət partiyalarının 4 seçki bloku elan edilib. Azərbaycanda parlament seçkisinin noyabrın 7-də keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti