...

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Siyasət Materials 8 Sentyabr 2010 01:43 (UTC +04:00)
Sentyabrın 7-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

Sentyabrın 7-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
1966-cı ildə inşa olunmuş və 1940 şagirdin təhsil aldığı 236 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərinə cari ilin mayından başlanılmışdır. Ümumi sahəsi 4960 kvadratmetr olan bu köhnə məktəb binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə müasir tələblər səviyyəsində əsaslı təmir olunmuşdur. Mövcud üç mərtəbədən əlavə, 4050 kvadratmetr sahədə mansard tipli dam örtüyü quraşdırılmışdır. Məktəbin ətrafı abadlaşdırılaraq, gözəl görkəm almışdır.

Təhsil ocağının 31 sinif otağında, 7 fənn kabinetində və müxtəlif təyinatlı 11 otağında müasir təhsil üçün hər cür şərait yaradılmış, siniflər yeni avadanlıq və dərs ləvazimatı ilə təmin olunmuşdur.

İlk dəfədir ki, təhsil ocağında belə yüksək səviyyədə təmir işləri aparılmışdır. İndi burada həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına yiyələnmələri üçün hər cür şərait yaradılmışdır.

Geniş və işıqlı foyedə ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilə diqqət və qayğısının artırılması istiqamətində gördükləri işləri və məktəbin təmirində böyük dəstəyi olan Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən fotostendlər zövqlə tərtib edilmiş, dövlət atributları əks olunmuşdur.

Həm şagirdlərin, həm də müəllimlərin açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilmişdir.
Məktəbin şagirdləri Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim etdilər.
Mehriban xanım Əliyeva məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı. Fondun prezidenti məktəblə tanış oldu.

Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verdi ki, məktəbdə təhsilin beynəlxalq standartlara uyğun qurulması üçün müasir fənn kabinetləri yaradılmışdır. Kimya, biologiya və fizika kabinetləri müxtəlif təcrübələrin aparılması üçün lazımi avadanlıq və əyani vəsaitlərlə təchiz olunmuşdur.
Bildirildi ki, məktəbdə yaradılmış iki kompyuter kabinetində müasir kompyuterlər quraşdırılmışdır. Kompyuterlərin internet şəbəkəsinə qoşulması və şagirdlərin informatika biliklərinin artırılması üçün kompyuterlər lazımi proqramlarla təchiz edilmişdir. Təhsil ocağının gənclərin çağırışa qədər hazırlığı kabineti isə orduda xidmətə hazırlaşan gənclərin hərbi hazırlığının yüksək səviyyədə təşkili məqsədi ilə lazımi ləvazimat, stendlərlə təmin olunmuş, mini kazarma yaradılmışdır. Məktəbdə 200 nəfərlik akt zalında kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Yeni musiqi otağı isə musiqi alətləri və Almaniyanın istehsalı olan royal ilə təchiz olunmuşdur. Gənc nəslin sağlam böyüməsi üçün məktəbdə yaradılmış geniş zalda şagirdlər idmanın bütün növləri ilə məşğul ola biləcəklər. Burada fəaliyyət göstərən müasir kitabxana isə bütün dərsliklər, bədii ədəbiyyat, müxtəlif lüğətlər və s. ilə təchiz edilmişdir.
Təhsil ocağında yaradılan şərait müəllim kollektivinin böyük sevincinə səbəb olmuşdur. Məktəbin direktor müavini Yaqut İslamova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya pedaqoji kollektiv adından təşəkkür etdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin təhsil sisteminin müasir və beynəlxalq standartlara cavab verməsi üçün lazımi tədbirlərin görüldüyünü və bunun gələcəkdə də davam etdiriləcəyini vurğuladı.

"Azərbaycanın bütün məktəbləri yüksək səviyyədə olmalıdır. Demək olar ki, bu gün artıq biz bu yol ilə gedirik. Siz bilirsiniz ki, son dörd il ərzində 1800 yeni məktəb inşa və təmir olunub, ən yüksək standartlara cavab verir. Yüksək səviyyədə təhsil üçün bütün nə lazımdırsa bu məktəbdə vardır", Mehriban Əliyeva deyib.
 
Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti