Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir S.Ağayeva/
MDB Hökumət Başçıları Şurasının növbəti iclası noyabrın 19-da Sankt-Peterburqda keçiriləcək.
Görüşün gündəliyinə sentyabrın 17-də Moskvada MDB İqtisadi Şurasının növbəti iclasında baxılacaq. Bu barədə Trend-ə birliyin İcraiyyə Komitəsindən məlumat verilib.
İqtisadi Şuranın iclasında azad ticarət zonası haqqında müqavilə layihəsinin hazırlanma gedişi, 2020-ci ilədək olan dövrdə MDB iştirakçı dövlətlərin hökumətlərarası məqsədli innovasiya proqramlarının ilkin layihəsi, MDB-yə üzv dövlətlərin ərzaq təhlükəsizliyinin artırılma konsepsiyasının layihəsi, MDB dövlətlərinin ət-süd məhsulları bazarının yaradılması və fəaliyyət göstərməsinin əsas istiqamətləri layihəsi və digər məsələlər müzakirə olunacaq.