...

Türkiyənin islamlaşdırılması qeyri-mümkündür – Türkiyə kəşfiyyatının keçmiş analitiki

Siyasət Materials 13 Sentyabr 2010 18:37 (UTC +04:00)
Konstitusiya dəyişikiliklər edildikdən sonra Türkiyə hökumətində islam əhval-ruhiyyəsinin güclənməsi real deyil.
Türkiyənin islamlaşdırılması qeyri-mümkündür – Türkiyə kəşfiyyatının keçmiş analitiki

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

Konstitusiya dəyişikiliklər edildikdən sonra Türkiyə hökumətində islam əhval-ruhiyyəsinin güclənməsi real deyil. Türkiyə kəşfiyyatının keçmiş analitiki Mahir Kaynak belə hesab edir.

"Türkiyədə referendum islamlaşdırma üçün deyil, Türkiyənin demokratikləşməsi məqsədilə keçirilib, - Trend-ə telefonla Kaynak deyib. - Odur ki, Türkiyə hökumətinin bundan sonra islama meyilli xətt tutacağını demək olmaz".

Bazar günü keçirilən ümumxalq referendumunda seçicilərin 58 faizi hakim Ədalət və İnkişaf Partiyasının təkilf etdiyi Konstitusiya dəyişikliklərinə "hə" deyib, 41,98 faiz isə əleyhinə səs verib.

Seçicilərin ümumi iştirakı əsasən kürdlərin kompakt yaşadığı rayonlarda xüsusilə fəal olmaqla 77,55 faiz təşkil edib.

Kaynakın fikrincə, Türkiyədə dini baxışların güclənməsi üçün şərait yoxduir.

"Bəzi ərəb ölkələrindən və İrandan fərqli olaraq, Türkiyədə islama meyilli xətt üçün əlverişli şərait yaradılmayıb", - o əlavə edib.

Kaynak baş tutan referendumu Türkiyədə söz azadlığı və ədalətin inkişafında irəliyə atılan addım hesab edir.

"Konstitusiya dəyişiklikləri ölkənin demokratikləşməsinə böyük təkandır və ordunun gücünün zəiflədilməsinə istiqamətlənməyib", - o vurğulayıb.

May ayında Türkiyə parlamenti tərəfindən qəbul olunmuş Konstitusiyaya düzəlişlər paketinə 1980-cı ildə hərbi çevrilişdən sonra qəbul olunmuş mövcud konstitusiyaya 26 dəyişiklik daxildir. Onlar hüquq məhkəməsi, xüsusilə də Konstitusiya məhkəməsi, məhkəmə və prokurorların ali məhkəməsi sisteminin islah edilməsi, hərbi vətəndaş məhkəmə instansiyaları ilə bağlı cinayət işlərinin qaldırılmasını nəzərdə tutur, Apelyasiya Məhkəməsindən parlamentə siyasi partiyaların buraxılması haqqında işlərin aparılmasına səlahiyyət verir. Bundan başqa, Konstitusiya islahatı obmudsman institutunun yaradılmasını nəzərdə tutur.

Kaynakın sözlərinə görə, hökumət dəyişikliyinə gətirib çıxaran Türkiyədəki əvvəlki hərbi çevrilişlər xaricdən maliyyə dəstəyi və yerli maraqlı iş adamlarının dəstəyi ilə başa tutub.

Xəbər lenti

Xəbər lenti