...

Gürcüstanın münaqişəli regionlarında S-300 HHM komplekslərinin yerləşdirilməsi regionda sabitliyin yaranmasına kömək etmir – Fransanın Avropa işləri naziri

Siyasət Materials 14 Sentyabr 2010 14:05 (UTC +04:00)
Fransa Gürcüstan hökumətinin ölkəni modernləşdirmək məqsədilə başladığı islahatları dəstəkləyir. Bu barədə Fransanın Avropa işləri üzrə naziri Pyer Leluş Gürcüstan xarici işlər nazirinin müavini Tornike Qordadze ilə Parisdə görüşü zamanı bildirib.
Gürcüstanın münaqişəli regionlarında S-300 HHM komplekslərinin yerləşdirilməsi regionda sabitliyin yaranmasına kömək etmir – Fransanın Avropa işləri naziri

Gürcüstan, Tbilisi, 14 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Fransa Gürcüstan hökumətinin ölkəni modernləşdirmək məqsədilə başladığı islahatları dəstəkləyir. Bu barədə Fransanın Avropa işləri üzrə naziri Pyer Leluş Gürcüstan xarici işlər nazirinin müavini Tornike Qordadze ilə Parisdə görüşü zamanı bildirib.

Fransa bir daha Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiyini ifadə edir. Bu barədə Trend-ə Gürcüstan XİN-dən məlumat veriblər.

Görüş zamanı tərəflər Gürcüstanın Avropaya interqasiya məsələlərini müzakirə ediblər. Həmçinin, ikitərəfli münasibətlər məsələsinə də toxunulub.

Leluşun sözlərinə görə, iyulda Gürcüstanın Aİ-yə assosiativ üzvlüyünün başlanması barədə sazişin imzalanması Gürcüstanla Aİ arasında münasibətlərin hazırkı yüksək səviyyəsini göstərir.

Fransanın dövlət naziri Rusiya tərəfindən Abxaziyada və Cənubi Osetiyada S-300 HHM komplekslərinin yerləşdirilməsinə münasibət bildirərək deyib ki, Moskvanın qərarı "bu regionda sabitliyin bərqərar olmasına yardım etmir". "Paris bir daha tərəfləri Sarkozi-Medvedev sazişi kimi tanınan 2008-ci il 12 avqust razılaşmasına əməl etməyə çağırır", - Leluş qeyd edib.

Rusiya HHQ-nin baş komandanı, general-polkovnik Aleksandr Zelin avqustun 11-də bildirib ki, Rusiyan Hərbi-Hava Qüvvələri Abxaziya ərazisində bir S-300 HHM kompleksi yerləşdirib. Onun sözlərinə görə, S-300 quru qoşunlarının HHM vasitələri ilə qarşılıqlı əlaqədə Abxaziya və Cənubi Osetiya ərazilərinin hava hücumundan müdafiə üzrə tapşırıqlarını həll edir.

Öz növbəsində, Abxaziya xarici işlər naziri Maksim Qvinciyanın "RİA-Novosti" agentliyinə verdiyi məlumata görə, S-300 kompleksinin Abxaziya ərazisində yerləşdirilməsi Moskva ilə Suxumi arasındakı hərbi sazişin çərçivəsindən kənara çıxmır. Tbilisidə isə bəyan edirlər ki, bu, regionda qüvvələr balansını pozur və Gürcüstan bununla əlaqədar beynəlxalq qurumlara müraciət edəcək.

Xəbər lenti

Xəbər lenti